600-dən yuxarı balla baytarlıq ixtisasını seçdi

SOSİAL
16:21 / 30.08.2026
33

Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Zeynallı Xaliq Mübariz oğlu qəbul imtahanlarında 617 bal toplayaraq Xəzər Universitetinə qəbul olub.

Hit.az xəbər verir ki, o, Baytarlıq ixtisasını (tədris ingilis dilində) seçib.

Qeyd edək ki, Xəzər Universitetində həmin ixtisasın keçid balı bu il 373 bal olub. (Mənbə: Bizim.lenkeran)

0