Abitiruyentlər qeydiyyat zamanı nələrə diqqət etməlidir?

TƏHSİL
16:26 / 18.02.2026
85

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün ərizələrin I mərhələsi üzrə qeydiyyat prosesinə start verilib.

Prosesin martın 5-dək davam edəcəyi açıqlanıb. Təcrübə göstərir ki, abituriyentlər bu mərhələdə müəyyən texniki və məlumat xarakterli səhvlərə yol verirlər. 

Bəs bu səhvlər daha çox hansı sahələri əhatə edir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında bildirib ki, bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün ərizələrin qeydiyyat prosesi başlayıb:

392253 

"Düzdür, bu proses zamanı abituriyentlər bəzi hallarda səhvə yol verir. Məsələn, abituriyentin seçmək istədiyi xarici dil başqadır, ancaq o elektron ərizə qəbulunda iştirak etmir, nəticədə imtahan verəcək dili seçmir. Həmçinin, əvvəlki ilin məzunu elektron qeydiyyatdan keçmir və gözləyir ki ötən illərdə olduğu kimi məktəb tərəfindən buraxılış vərəqəsi alıb, birbaşa aprel ayında keçirililəcək imtahanda daxil olacaq. Ancaq proses belə deyil".

Mütəxəssis abituriyentlərə tövsiyə verib:

"Yaxşı olar ki, abituriyentlər məlum sahə üzrə mütəxəssislərin fikirlərini izləsinlər, öyrənsinlər və qeydiyyat zamanı nələrə diqqət olunduğunu araşdırsınlar. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin məlumatları daim tanış olmalı, qaydalarla dəqiqliklə tanış olmalıdır. Əslində, hər xırda detal nəzərə alınsa, nəticə də uğurlu olar”.

Günel

0