Aktrisa vahid məktəbli formasından DANIŞDI

TƏHSİL
13:53 / 14.10.2026
252

“Məktəblərdə vahid məktəbli geyiminin tətbiq olunması çox gözəl addımdır”.

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, müəllimlər və şagidlərin vahid formada məktəbə gəlməsi olduqca mühümdür:


“Mən həmişə məktəblərdə hamının məktəb geyimində olmasının tərəfdarı olmuşam. Çünki məktəblə kənar yerlərin geyimləri tamam fərqli olmalıdır.

Məktəbə gedən hər bir şəxs oranın tədris mərkəzi olduğunu hiss etməlidir. Təəssüf ki, indiyə qədər istər müəllimlər, istərsə də şagirdlər dərsə uyğun olmayan geyimlər geyinir, qeyri-adi saç düzümündən falan istifadə edirdilər. Əlbəttə ki, bunlar təhsil məkanında yolverilməzdir”.

Aktrisa sözlərini belə davam etdirib:
“Ümumiyyətlə, məktəbli açıq şəkildə bilinməlidir ki, o, şagirddir və məktəb geyimindədir. Təbii ki, dərs geyimləri gündəlik bayır geyimlərindən seçilməlidir. Həm qızlar, həm də oğlanlar səliqəli olmalıdırlar. Üstəlik, dünyəvi təhsilə uyğun geyimlərin tətbiqi uşaqların inkişafına xidmət edir”.

Leyla Babayeva vurğulayıb ki, çox gözəl məktəbli formalarımız var:
“Həqiqətən də bizim səliqəli və gözəl məktəb formalarımız mövcuddur. Uşaqlar mütləq məktəb formasında olmalı və formadan kənar geyinməməlidirlər. Həm şagirdər, həm də müəllimlər vahid geyim formalarına riayət etməlidirlər. Bütün bunlara görə məktəblərdə vahid geyimin tətbiq olunmasını dəstəkləyirəm”.

Pərviz

0