Microsoft Teams hesablarına kütləvi hücumlar edildi

TEXNO
09:37 / 10.05.2020
1698

Microsoft Teams-da qeydiyyatdan keçmiş hesablara kütləvi hücumlar edilib.

Kibertəhlükəsizllik mütəxəssisləri Microsoft Teams hesablarını oğurlamaq cəhdlərinin sayında kəskin artım qeydə alıblar.

Anormal Security şirkəti, rəsmi Microsoft xidmət mesajları formasında olan, lakin saxta ünvan keçidləri ehtiva edən 15.000-dən 50.000-ə qədər məktub göndərildiyini açıqlayıb.

Şirkət nümayəndələrinin sözlərinə əsasən, kibercinayətkarlar bu cür məktublarda olan səhifə və domen ünvanlarının vasitəsilə istifadəçilərin hesab məlumatlarına sahib olublar.

Fırıldaqçılar anti-spam sistemlərini aldatmaq üçün bir sıra texniki vasitələrdən istifadə ediblər.

0
Ted.Az