“Phone 12” smartfonlarının kütləvi istehsalı bir ay təxirə salınıb

TEXNO
20:21 / 28.04.2020
1392

“Apple” şirkəti “Phone 12” seriyalı smartfonların kütləvi istehsalını bir ay yubadacaq. Buna səbəb kimi “COVID-19” pandemiyasının təchizat zənciri və istehsal prosesinə təsirinin şirkətin planlarını pozması göstərilir.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWS.ru” resursuna istinadən yazır ki, “The Wall Street Journal” nəşrinin mənbələrə istinadən məlumatına görə, yubanma yeni qurğuların buraxılış tarixinə birbaşa təsir göstərməsə də, yeni telefon çatışmazlığına səbəb olacaq.

Bundan əvvəl analoji informasiyanı analitik Min-Çi Kuo açıqlayıb. Onun sözlərinə görə, “Apple” şirkəti “iPhone 12” istehsal xəttinin onlayn sertifikasiya prosesini işə salıb. Ənənəvi planın məsafəli işlə əvəzlənməsi yeni smartfonların texniki baxımdan yoxlanılmasının bir ay gecikməsinə gətirib çıxarıb.

Qeyd edək ki, 2020-ci il “iPhone” smartfonları seriyasına dörd yeni model daxil olacaq. 6, 1 və 5,4 düym diaqonallı “Apple” smartfonlarının kütləvi istehsalına sentyabrda başlanılacaq, 6,6 düymlük qabaqcıl modelin buraxılışı isə mürəkkəb dizayn səbəbindən oktyabradək təxirə salınacaq.

0