Smartfonların işini bu üsulla yaxşılaşdırın - QAYDALAR

TEXNO
14:44 / 17.05.2020
1541

Mütəxəssis smartfonların işinin yaxşılaşdırılması barədə məsləhətlər verib.

Rusiya mətbuatının xəbərinə görə, АО "Кsell" biznes bazarının inkişafı direktoru Pyotr Dzyuba PRAYM agentliyinə açıqlamasında bildirib ki, smartfonun işinin pisləşməsinin əsas səbəblərindən biri çox sayda fayl səbəbindən cihazda yaddaşın dolmasıdır.

O qeyd edib ki, müvafiq olaraq telefon vaxtaşırı təmizlənməlidir:

"İstifadə etmədiyiniz tətbiqləri, həmçinin sənədlərin surətini, lazımsız və köhnə sənədləri, uğursuz foto və videoları silin. Telefonun yaddaşını təmizləmək üçün xüsusi proqramlar var. Bundan əlavə, əgər smartfon köhnədirsə, parametrlərdə animasiya effektlərini söndürə bilərsiniz ki, bu da onun işini sürətləndirməyə kömək edəcək. Çox yer tutmayacaq sadə vizual örtük yükləyə bilərsiniz.

Smartfonun məcburi sıfırlama funksiyasının olduğunu unutmayın, bu da tez-tez kiçik nasazlıqları aradan qaldırmağa kömək edir. Bəzi hallarda parametrləri zavod parametrlərinə qaytara bilərsiniz, ancaq bütün məlumatların ehtiyat nüsxəsini çıxarmağı unutmayın".

Aytən Novruz

1
Publika.az