Kaliforniya Universitetindən olan 80 yaşlı professor fizik Yer kürəsinə yaxın olan ulduzlara bir insan həyatı müddətində səyahət etməyin yolunu kəşf edib.
HİT.Az technote.az-a istinadən xəbər verir ki, bu işdə elektrik cərəyanının təsiri ilə vibrasiya edən kiçik kristallar yardımçı olmalıdır.
Onun MEGA adlı mühərrik kəşfi enerji qismində nüvə reaktorundan başqa heç bir digər enerji növünü tələb etmir. Nüvə reaktoru isə elektrik enerjisinin ifraz olunmasında lazımdır.
Nəzəri cəhətdən bu cür mühərrik işıq sürətinə yaxın sürət yığa bilər. Bu barədə Wired saytı xəbər verib. Yer kürəsini tərk etmiş hər bir kosmik aparat bu və ya digər yanacaq növü vasitəsilə hərəkət edib. Yanacaq yanan zaman qaz ifraz edilir və həmin qaz kosmik aparatı irəli doğru hərəkət etdirir.
Bu cür üsul hətta Günəş sisteminə ən yaxın olan Alfa Sentavr ulduz sisteminə (4.36 işıq ili məsafəsində) ağıla batacaq müddət ərzində çatmağa yardımçı olmur.