İlon Mask onu tənqid edən naziri rusca söydü

TEXNO
00:14 / 11.05.2020
1653

Tanınmış amerikan ixtiraçısı və milyarder İlon Mask Birləşmiş Ştatların keçmiş Əmək naziri Robert Rayxı rus dilində söyüb.

Hər şey keçmiş nazirin İlon Maskı mətbuatda tənqid etməsindən sonra başlayıb.

Robert Rayx “The Washington Post” qəzetində məqalə yazaraq İlon Maskın “Tesla” şirkətinin Kaliforniya ştatında, Alamida dairəsindəki (dairə ABŞ-da ərazi vahidi sayılır-red.) Frimont şəhərində yerləşən zavodunun işinin bərpa etmək niyyətini qınayıb. Məsələ burasındadır ki, həmin zavod artıq koronavirus pandemiyasına görə 2 aydır ki, fəaliyyət göstərmir. İxtiraçı-milyarder külli miqdarda zərər etdiyini bildirir.

“İlon Mask insanları sağlamlıqları ilə risk etmədikləri təqdirdə onları işdən qovacağı ilə hədələyir. Kapitalizmin iyrənc təzahürü....”-deyə o yazıb.

“İdiot” (səfeh-red.),- deyə amerikalı milyarder tvitter hesabında ona cavab verib.

Qeyd etmək lazımdır ki, ABŞ-da elektron avtomobillərin istehsalında öncüllük edən “Tesla” şirkətinn əsas zavodun açılması Alamida dairəsinin səhiyyə üzrə müvəqqəti rəhbəri doktor Erika Penin bir imzasına görə təxirə salınıb. Xanım Pen koronavirus pandemiyası lə bağlı məhdudlaşdırıcı tədbirlər götürülməyənə qədər müəssisənin işini bərpa etməyəcəyini bildirib.

“Alamidanın səhiyyə məsələri üzrə ədəbsiz rəhbəri qubernatora, prezidentə, bizim konstitusion hüquqlarımıza və sadəcə sağlam təfəkkürə qarşı hərkət edir”,-deyə İlon Mask öz bloqunda qəzəbini ifadə edib. (Musavat.com)

0