Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb.
HİT.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:
“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu //twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabı bu linkdədir: //twitter.com/wwwmodgovaz".