Son bir ayda Prezident İlham Əliyevin "Twitter" mikrobloqundakı hesabının izləyiciləri 320 min artıb.
HİT.Az-ın verdiyi xəbərə görə, bu barədə ekspert Osman Gündüz məlumat paylaşıb.
Statistik məlumatlara görə, sentyabrın 20-dən sonra Prezidentin hesabında izləyicilər sürətlə artmağa başlayıb. Hazırda İlham Əliyevin Azərbaycan dilində paylaşımlar etdiyi hesabını 620 mindən çox insan izləyir.
Azərbaycan Ordusu sentyabrın 27-dən işğal altında olan torpaqların azad edilməsi üçün başlatdığı əks-hücum əməliyyatının nəticələri barədə Prezident həmin hesabında məlumatlar paylaşır.
Qeyd edək ki, "Twitter"in Azərbaycan seqmentində təxminən 600 min izləyici var. Yəni, "Twitter"də qeydiyyatdan keçən hər azərbaycanlı Prezidentin hesabını izləyir.