Bu tətbiqin telefondan silinməsi TÖVSİYƏ OLUNUR

TEXNO
14:28 / 06.03.2021
1375

Kiberekspert Zak Doffman “Android” smartfon istifadəçilərini çox təhlükəli bir tətbiqi silməyə çağırıb. Söhbət “SuperVPN”in pullu və pulsuz versiyalarından gedir.

Bu barədə mütəxəssis “Forbes” jurnalı üçün yazdığı məqalədə bildirib.

Doffman bildirib ki, tətbiqin 100 milyondan çox yüklənməsi var. Halbuki istifadəçinin şəbəkəyə etibarlı girişini təmin etmək üçün hazırlanmış proqram bunun əksinə işləyir.

Qeyd edək ki, ekspertlər “SuperVPN”i casus proqramı olduğunu deyərək, şirkəti məlumat sızdırmaqda günahlandırırlar.

Məqalə müəllifi bu ilin fevralında ortaya çıxan xəbərlərə diqqət çəkdi. Orada cihazlar, həmçinin “SuperVPN”, “GeckoVPN” və “ChatVPN” istifadəçilərinin məlumatları olan üç məlumat bazasından ibarət haker forumunun satışından bəhs edilir.

Doffmanın sözlərinə görə, “Google Play” xidmətində “SuperVPN”in nişanları və təsvirləri olan ən azı altı tətbiq var.

Mütəxəssis VPN ilə özlərini qorumaq istəyən istifadəçilərə real rəylər yazılan etibarlı bir tətbiq seçmələrini və pulsuz proqramlara etibar etməmələrini məsləhət gördü.

0
Oxu.az