“Azərkosmos”dan yenilik: Bütün ölkə ərazisində sürətli internet əlçatan olacaq - FOTO

14:53 / 20.04.2021
1433

“Azərkosmos” Azərbaycanda peyk üzərindən yüksək keyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verdi.

Qurumdan HİT.Az-a verilən məlumatda bildirilir ki, “Azconnexus” platforması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir.

“Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G / LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək.

“Azconnexus”un peyk interneti dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatan olacaq.

2