“WhatsApp”dan xəbərdarlıq: Mayın 15-dən sonra bu istifadəçilər...

TEXNO
23:16 / 11.05.2021
1639

"Facebook”un satın aldığı mesajlaşma tətbiqi "WhatsApp”ın yenilənən gizlilik müqaviləsinin müddəti mayın 15-də başa çatır.

Ötən gün məsələyə aydınlıq gətirən şirkət geri addım ataraq müqaviləni təsdiqləməyənlərin hesablarının dayandırılmayacağını bildirib.

Buna görə hesablar 120 gündən sonra silinməyəcək. Ancaq hesablardakı funksionallıq azalacaq və istifadəsi məhdud olacaq.

Şirkət son açıqlamasında müqaviləni təsdiqləməyən istifadəçiləri mayın 15-dən sonra gözləyən problemləri açıqlayıb:

"Heç kimin hesabı silinməyəcək və ya funksionallığı itməyəcək. Müqavilə xatırlatmaları bir müddət davamlı olaraq ediləcək.

Müqavilə xəbərdarlığı bir müddət sonra qalıcı olacaq və hələ təsdiqlənməmiş istifadəçilərin hesablarında funksionallıq azalacaq.

Söhbət siyahınıza daxil ola bilməyəcəksiniz. Ancaq sizə edilən telefon və video zənglərə cavab verə biləcəksiniz. Məhdud istifadə bir neçə həftə çəkəcək, əgər hələ qəbul etməmisinizsə, "WhatsApp” istifadə edə bilməyəcəksiniz".

1
Teleqraf