Dünyanın bir çox ölkələrində Vikipediya onlayn ensiklopediyasında fasilələr müşahidə olunub.
“Hit.az” xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb. Ən çox şikayətlər ABŞ, Kanada və Rusiyadan daxil olub.
İstifadəçilərin çoxu saytın işi ilə bağlı problemlər barədə məlumat verib. Az sayda şikayətlər tətbiqdəki nasazlıqlarla əlaqədar olub.