Amerikalı iş adamı İlon Maskın əmlakı kəskin şəkildə azalıb.
Qaynarinfo Bloomberg-ə istinadla xəbər verir ki, Tesla sahibi şirkətdəki 10% payın satışını Twitter izləyicilərinə həvalə etmək qərarına gəldikdən sonra cəmi iki gün ərzində 50 milyard dollardan çox pul itirib. Mask ötən şənbə günü müvafiq sorğu keçirib.
Sahibkar söz verib ki, iştirakçıların əksəriyyəti lehinə səs verərsə, "Tesla”nın qiymətli kağızlarının bir hissəsini satacaq. Və belə də olub - istifadəçilərin təxminən 58%-i bu qərarın lehinə olub. Maskın hərəkəti demək olar ki, dərhal onun maliyyə vəziyyətinə təsir edib.
Nyu York Birjasında dünənki bağlanışda "Tesla”nın səhmlərinin qiyməti 16% ucuzlaşıb.