“WhatsApp”da yeniliklər olacaq

TEXNO
22:45 / 24.12.2021
1830

“WhatsApp” istifadəçilərə mesaj göndərməzdən əvvəl mediafaylları idarə etmək üçün yeni seçimlər təqdim edəcək.

Messencer şəkil, video və ya GIF animasiyası formatlı mesajın alıcılarını seçmək və ya məzmunu statusa çevirmək imkanı verəcək.

Məlumata görə, yeni funksiya ilə birlikdə “WhatsApp”da kiçik dizayn yenilənməsi aparılacaq və media məzmunun seçilməsi üçün xüsusi düymə əlavə ediləcək.

Yeniliklər tezliklə tətbiqin Android və iOS versiyalarında istifadəyə veriləcək.

0