Azərbaycanlı hakerlər erməni saytlarını darmadağın etdi

TEXNO
13:46 / 13.10.2022
4318

"Az-Security Team"-in hakerləri tərəfindən ermənistana geniş miqyaslı kiber hücumlar həyata keçirilib və 300 dən çox veb sayt dağıdılıb.

Lent.az xəbər verir ki, bu barədə “Hörümçək” teleqram kanalı məlumat yayıb. 

Sözügedən saytlar arasında Qondarma "Artsax" Respublikasının Maliyyə nazirliyi, Ermənistana aid  Polis Akademiyası, Dəmir Yolları İdarəsi, Web.am Hosting Provayderi, 12 vilayətdən ibarət Sünik regionunun, Gümrü şəhərinin, Ermənistanın Ədliyyə nazirinə məxsus, habelə Tibb Universiteti daxil olmaqla digər dövlət əhəmiyyətli rəsmi saytları yer alıb. 

"Az-Security Team" dağıdılan saytlarda Azərbaycan Ordusunun qüdrətini, yenilməzliyini əks etdirən video və yazılar dərc ediblər. 

Məlumatları ələ keçirilən və dağıdılan saytların (mirror) linklərin siyahısı aşağıdakılardır:

Tam saytların listi : //pastebin.com/PQ3vR46s

Mirrorlar: //www.zone-h.org/archive/notifier=Az-Security%20Team
 

0