“Whatsapp”dan yenilik: Onlayn olduğunuzu gizlədə biləcəksiniz

TEXNO
11:34 / 24.10.2022
4132

“Whatsapp” hamının gözlədiyi yeni funksiyasını təqdim edib. 

Lent.az “Wabetainfo” saytına istinadən xəbər verir ki, artıq istifadəçilər real vaxt ərzində onlayn olduğunu gizləyə biləcək. 

Belə ki, bu yenilik vasitəsilə siz son görülmə saatını kimlərin görə biləcəklərini seçə biləcəksiniz.

Bunun üçün “Tənzimləmələr”dən “Hesab” bölməsinə daxil olun. Daha sonra “Gizlilik” hissəsinə girərək “Son görülmə ilə eynidir” (Same as last seen) düyməsini seçin. 

Sözügedən funksiya tətbiqin təkcə beta versiyası deyil, həmçinin digər versiyalar üçün də aktivdir.

0