Bill Qeyts: "Süni intellekt "Google" və "Amazon" kimi şirkətləri bitirə bilər"

TEXNO
11:25 / 24.05.2023
1560

San-Fransiskoda süni intellekt mövzusunda keçirilən konfransda çıxış edən "Microsoft"un qurucusu Bill Qeyts bu texnologiyanın "Google" və "Amazon" kimi şirkətlərin sonunu gətirə biləcəyini bildirib.

HİT.az xəbər verir ki, Qeyts insanlar üçün bəzi vəzifələri yerinə yetirə biləcək fərdi rəqəmsal köməkçi hazırlayacaq şirkətin süni intellekt yarışında qalib gələcəyini iddia edib. Milyarder iş adamı bildirib ki, bu texnologiya istifadəçilərin davranışını kökündən dəyişə bilər:

"Şəxsi köməkçini kimin qazanmasından asılı olmayaraq, bu böyük iş olacaq. Çünki bir daha axtarış sisteminə girməyəcəksiniz... Bir daha "Amazona" getməyəcəksiniz."

Qeyts iddia edib ki, süni intellekt köməkçisi istifadəçilərin ehtiyaclarını və vərdişlərini anlaya biləcək, onlara oxumağa vaxtı olmayan şeyləri öyrənməyə imkan verəcək.

Texnologiya milyarderi süni intellekt yarışında nəhəng şirkətlərin, həmçinin vençur şirkətlərinin də qalib gələ biləcəyini vurğulayıb.

Rəqəmsal köməkçinin hər kəs üçün əlçatan olmasının bir qədər vaxt alacağını qeyd edən Qeyts, bu vaxt şirkətlərin ChatGPT kimi proqramları öz məhsullarına uyğunlaşdırmağa davam edəcəklərini deyib.

Samir

0