Telefonda interneti necə sürətləndirmək olar?

TEXNO
02:23 / 29.05.2023
2298

Mobil internetin sürəti təkcə telekommunikasiya operatorundan və şəbəkənin keyfiyyətindən deyil, həm də smartfonun özündə olan parametrlərdən asılıdır.

HİT.Az lent.az-a istinadən bildirir ki, parametrlərdə sadəcə iki düyməyə basmaqla smartfonunuzda internetin sürətini artara bilərsiniz.

Bunun üçün telefonunuzda interneti sürətləndirmək üçün parametrlərdə “Reklamların bloklanması” və “Trafikə qənaət” düymələrini sıxmaq lazımdır. Çünki reklamlar və pop-uplar səhifənin yüklənməsini çox ləngidir

. “Reklamların bloklanması” və “Trafikə qənaət” funksiyaları sizə lazımsız elementlər olmadan internet saytlarını sadələşdirilmiş formada açmağa imkan verəcək.

Bu iki funksiyanı işə salmaqla siz səhifənin yüklənmə sürətini əhəmiyyətli dərəcədə artıracaqsınız və spamdan xilas olacaqsınız.

1