Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup müəllimi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət edib.
HİT.az xəbər verir ki, onların müraciəti ölkənin ən böyük qəsəbələrindən olan Boradigahda internet problemi ilə bağlıdır. Müraciəti təqdim edirik:
"Hörmətli nazir, artıq xeyli müddətdir ki, Boradigah qəsəbəsinin internet təminatında ciddi problemlər yaşanır. Xətlərin köhnə olması səbəbindən tez-tez kəsilmələr baş verir ki, bu həm ciddi problemə, həm də haqlı narazılığa səbəb olur. Təkcə son günlər hava şəraitilə əlaqədar qəsəbədə yüzlərlə abonentin telefonu və interneti kəsilib. Boradigahda iki məktəb, bir xəstəxana fəaliyyət göstərir. Xeyli məktəbli onlayn hazırlıqdan qalır. Bundan əlavə qəsəbənin yüzlərlə sakini işlərilə əlaqəli ya qəsəbə, ya da ölkə xaricində yaşayır ki, internetdəki kəsilmələr onların da ailələrilə əlaqə saxlamasına ciddi problemlər yaradır. Cənab nazir, bildiyimiz qədər keyfiyyətli internet imkanı verən GPON sistemi qəsəbəmizin yaxınlığınadək gətirilib. Sizdən xahiş edirik, qəsəbəmizdə də analoji sistemin tətbiqinin sürətləndirilməsilə bağlı göstəriş versiniz”.
Anar