Rusiyanın biznes sosial şəbəkəsi "Tenchat" İraqa daxil olmaq üçün danışıqlara başlayıb, xidmət 2023-cü ilin payızında ölkədə fəaliyyətə başlaya bilər.
HİT.az xəbər verir ki, bu barədə TASS-a "Tenchat"ın təsisçisi və sosial şəbəkənin sahibi olan VBC şirkətlər qrupunun rəhbəri Semyon Tenyayev məlumat verib.
"İraq və Rusiya arasında ikitərəfli ticarətin inkişaf etdirilməsi zərurəti kontekstində "Tenchat" şirkətin serverlərinin İraqda yerləşdirilməsi və qarşılıqlı inteqrasiyası üzrə danışıqlara başlayıb", deyə Tenyaev bildirib.
O qeyd edib ki, İraqın Rusiya Federasiyasındakı səfiri Qahtan Taha Xələf əl-Cənabi ilə görüş keçirilib, tərəflər danışıqların yol xəritəsini müəyyən ediblər.
Sosial şəbəkənin mətbuat xidmətindən verilən məlumata görə, şəbəkə İraqda 2023-cü ilin payızında fəaliyyətə başlaya bilər.
"Tenchat" 12 ölkədə əlçatandır. Bunlara Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İran daxildir. Tətbiqdən 2,5 milyondan çox insan istifadə edir.
Samir