Azərbaycanda TikTok nə zaman açılacaq?

TEXNO
16:24 / 17.10.2023
2962

“Antiterror tədbirləri başa çatandan sonra ölkəmizdə TikTok-a girişin bərpa edilməməsi düşündürücüdür. Düşünürəm ki, səlahiyyətli qurum olan RİNN buna aydınlıq gətirməlidir”.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

“Xeyli müddətdir ki, ölkəmizdə TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Lakin hazırda istifadəçilərin əksəriyyəti VPN texologiyadan yaralanmaqla bu resursdan sərbəst istifadə edirlər.

Antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatan idi. Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil. Xüsusilə də, VPN-lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır. Fikrimcə , hökumətin bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə effektiv istifadəsi, biznes və marketinq baxımından səmərəliliyi, azərbaycandilli faydalı kontentin yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı.

TikTok-un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib, uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı. Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük Digital Bridge texnologiya forumunda TikTok -un rəhbərini də başda oturdublar.

Xatırladıram ki, Qazax dilində elm, təhsil, oyun və əyləncəyönümlü faydalı videomaterialların yaradılması üçün, bu resursdan marketinq və biznes məqsədilə istifadəni stimullaşdırmaq üçün TikTok Qazaxıstana böyük vəsaitlər ayırır”, - Forum rəhbəri bildirib.

0