Sosial şəbəkə hesablarımızı dələduzlardan necə qoruya bilərik? - VİDEO

TEXNO
16:56 / 25.02.2024
1677

Azərbaycanda “Instagram” və “Facebook” hesablarının oğurlanması halları artıb.

Son zamanlarda həm məşhurların, həm şirkətlərin, həm də sıravi insanların hesabları ələ keçirilir.

Rəqəmsal marketinq meneceri, sosial şəbəkələr üzrə ekspert Nəcmin Məmmədli "Xəzər Xəbər"ə deyib ki, dələduzlar hesabları ələ keçirmək üçün müxtəlif yollara əl atırlar. Hazırda ən çox istifadə olunan üsul istifadəçiyə spam linkin göndərilməsidir.

Bəzən isə sosial şəbəkə hesabları güclü şifrəsi olmadığı üçün oğurlanır. Həmçinin, şifrənin başqa istifadəçi ilə paylaşılması da hesabın itirilməsi ilə nəticələnə bilər.

Mütəxəssis əlavə edib ki, sosial şəbəkə hesablarını qorumaq üçün tanınmayan şəxslərdən gələn linkləri açmamaq, hesaba güclü şifrə təyin etmək, qeydiyyatdan keçilən elektron poçt ünvanı və mobil nömrəni unutmamaq tövsiyə olunur. Bu cür lazımi təhlükəsizlik tədbirlərini görmək sosial şəbəkə istifadəçisini xoşagəlməz hallardan qoruyacaq.

 

0