Prosessor istehsalçısı "Intel" 2024-cü ilin dördüncü rübündən başlayaraq işçi qüvvəsinin 15%-ni (təxminən 17500 nəfər) ixtisar etməyi və dividend ödənişlərini dayandırmağı planlaşdırdığını açıqlayıb.
HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Bu qərarın fonunda "Intel" səhmləri 20% ucuzlaşıb və şirkət 24 milyard dollardan çox bazar dəyərini itirib.
"Intel" hazırda “dönüş planı”nı izləyir. Əsas diqqət ən müasir süni intellekt prosessorlarının yaradılmasına və onun istehsal gücünün artırılmasına yönəlib.
İşçilərin ixtisar edilməsi qərarını şərh edən "CEO Pat Gelsinger" qərargahda daha az adama və müştəriləri dəstəkləyən sahədə daha çox insana ehtiyac duyduğunu bildirib.
Samir