AK niyə "Telegram"a nəzarət etmir?

TEXNO
19:39 / 27.08.2024
1461

"Platforma Avropa İttifaqından böyük hesab olunmadığı üçün Avropa Komissiyası (AK) "Telegram"a birbaşa nəzarət etmir". 

HİT.az xəbər verir ki, bu barədə AK nümayəndəsi Tomas Ranier Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Ranierin sözlərinə görə, "Telegram" daha əvvəl Avropa İttifaqında 41 milyon istifadəçinin olduğunu bildirmişdi ki, bu da platformanı böyük etmir və AK-nin birbaşa nəzarəti altına düşmür. O əlavə edib ki, Avropa Komissiyası bu məlumatın doğruluğunu yoxlayır və "Telegram" nümayəndələri ilə əlaqə saxlayır.

"Biz bu rəqəmi yoxlayırıq, prosesdəyik və platforma ilə əlaqə saxlayırıq", deyə AK sözçüsü bildirib.

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib ki, "Telegram" platforması istifadəçi dostudur və həqiqətən təhlükəsizdir:

"Əgər kimsənin buna şübhəsi varsa, indi Durov kiminsə məsləhəti ilə açıq-aşkar götürülüb və dəhşətli cəza ilə hədələnib, yəqin ki, hansısa yolla şifrələmə kodlarına çıxış əldə etmək ümidi ilə saxlanılıb. Bu, artıq fransızların hərəkətləri ilə sübuta yetirilib".

Avqustun 24-ü axşam saatlarında "Telegram"ın yaradıcısı Pavel Durov Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. Fransa polisi "Reuters" agentliyinə bildirib ki, iş adamı "Telegram"da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır. Prokurorluq aydınlaşdırıb ki, Durov 12 cinayətdə ittiham olunan “adı açıqlanmayan şəxs”lə bağlı aparılan istintaq çərçivəsində dindirilir. İş iyulun 8-də açılıb.

Samir
 

0