İnternetin qiymətinin 50 faiz bahalaşmasından sonra sürətində 100 faizlik azalma baş verib.
Qiymət qalxanda keyfiyyəti arıtracağıq deyib , bəhanə edənlər niyəsə susurlar.
Bəs vətəndaşlar şikayət etmək üçün hara üz tutmalıdırlar?
Hit.az-ın bu sualını cavablandıran ekspert Elşad Mustafayev bildirib ki, stasionar internetin bərbad vəziyyətdə olması birmənalıdır:
“Aztelekom bu sahədə monopoliya yaradıb, alternativ şirkətlərə bir çox ərazilərdə imkan vermir. Mobil operatorlar da ondan betər ağ ediblər. Yeni ödənişlər üzrə xidmət alanlar 100 Mbit/s sürət əldə edə bilmədiklərini açıqlayırlar. Bu, öncədən bilinirde. Aztelekom Delta-dan imtina edib , yeni magistral provayderə çevriləndən sonra belə bir infrastruktura sahib deyildi. Odur ki, istifadəçilərin bu faktları rəsmiləşdirərək, Provayderə, İKTA və Antiinhisara göndərməsi, sosial mediada ictimailəşdirməsi faydalı olardı. İKTA -nın bununla bağlı faydalı bir E-şikayət sistemi var”- deyə o bildirib.
Murad