2024-cü ilin birinci yarısında ən çox satılan smartfonlar müəyyənləşdi - SYAHI

TEXNO
22:32 / 23.09.2024
1213

"Omdia" araşdırma şirkəti 2024-cü ilin birinci yarısı üçün dünyada ən çox satılan 10 smartfonun siyahısını tərtib edib. 

HİT.az xəbər verir ki siyahıya beş "Apple", dörd "Samsung" və bir "Xiaomi" cihazı daxildir.

Birinci yerdə "iPhone 15 Pro Max" qərarlaşıb. Bu cihazların 21,8 milyonu satılıb ki, bu da keçən ilin eyni dövründəki "iPhone 14 Pro Max"dan bir neçə milyon azdır. İkinci ən çox satılan cihaz "iPhone 15"dir - 17,8 milyon.

"Samsung Galaxy" A15 qlobal reytinqdə üçüncü, "Android" smartfonları arasında isə birinci yeri tutub. Cənubi Koreya şirkətinin büdcə modeli digərlərindən Full HD+ təsvir ölçülü AMOLED ekranı, puluna görə optimal olan kamerası və 4 illik dəstəyi ilə seçilir. O, bazarda ən dəbli telefon olmaya bilər, lakin o, mütləq öz sinfində ən qabaqcıl telefonlardan biridir.

Sonrakı iki yeri "iPhone 15 Pro" və "Galaxy S24 Ultra" tutdu - bu, yeri gəlmişkən, ilk onluğa daxil olan yeganə premium "Android" smartfonudur. "Galaxy AI" və hətta ən tələbkar tələbləri təmin edəcək "doldurma" sayəsində böyük tələbat var.

Analitiklərin fikrincə, "iPhone 15 Plus" bütün keçən ilki "Apple" modelləri arasında ən az populyardır. Telefon hətta ilk 20-liyə düşə bilməyib. Şayiələrə görə, 2025-ci il "iPhone" xəttində "Apple Plus" modelini tamamilə yeni bir şeylə əvəz edəcək.

358648

Samir

0