Avropa İttifaqı icraçısı oktyabrın 2-də "TikTok", "YouTube" və "Snapchat"ın video tövsiyə alqoritmlərinin necə işlədiyinə dair Avropa Komissiyasının suallarını cavablandırmalı olacağını açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində aparılan araşdırma, ictimaiyyətin həssas təbəqələrinin niyə seçki ilə bağlı saxta xəbərlər və ya yemək pozğunluqları, depressiya və narkotik maddələrdən sui-istifadəni təbliğ edən məzmun aldığını öyrənmək məqsədi daşıyır.
Komissiya avtomatik oxutma və sonsuz sürüşmə kimi xüsusiyyətlərin təsiri, həmçinin zərərli məzmunun yayılmasının qarşısını almaq üçün platformaların hansı qoruyucu vasitələrin olması ilə maraqlanır.
DSA-ya görə, aylıq 45 milyondan çox istifadəçisi olan ən böyük onlayn platformalar müəyyən şəffaflıq tələblərinə cavab verməlidir. Əgər onlar AK-yə müvafiq sənədlər təqdim etməsələr və ya yalan məlumat təqdim edərlərsə, onları Aİ qanunvericiliyinə uyğun olaraq cərimə gözləyir. Hazırda söhbət ilk addımdan - yoxlamadan gedir, Aİ icra hakimiyyəti alınan cavabları təhlil etdikdən sonra rəsmi təhqiqata başlayıb-başlamamağa qərar verəcək.
Aİ artıq "TikTok", X sosial şəbəkəsi və Çin onlayn mağazası "AliExpress"i araşdırır.
Samir