Son zamanlar gündəlik həyatımızı ələ keçirən süni intellekt mübahisəli məsələlər yaratmağa başlayıb. Ən son texnologiyalar təkcə sosial yox, hərbi və siyasi həyata da inteqrasiya edilib. Süni intellektlə insan səsi dəyişdirilir, mesajlar yazılır, hətta kiber hücumlar edilir.
Maraqlıdır, süni intellektin bu dərəcədə sürətli inkişafı sosial həyata hansı təhlükələr yaradır?
Texnologiya üzrə mütəxəssis Aydın Qarayev Hit.az-a açıqlamasında deyib ki, süni intellekt məlumatları emal edə, nümunələri tanıya və qərarlar qəbul edə bilər:
“Son illəri müşahidə etsək, süni intellekt dünya ölkələri arasında qarşılıqlı əlaqə formatını əhəmiyyətli dərəcədə dəyişib. Elə bir neçə ay bundan öncə süni intellektin təhlükələri barədə 30 ölkənin iştirakı ilə hesabat hazırlanıb. Hazırlanan hesabda süni intellektin 3 əsas risk faktoru göstərilib. Bunlar: zərərli istifadə, uğursuzluq riskləri və sistemli risklər aiddir. Görünən odur ki, süni intellekt inkişaf etdikcə bütün əmək bazarı və sistemlərə öz təsirini göstərəcək. Deyə bilərik ki, inkişaf etmək yaxşıdır. Amma reallıq süni intellektin inkişaf etdikcə müsbət və mənfi nəticələrinin olmasıdır. Zaman-zaman bütün bəşəriyyət bu texnologiyanın zərərləri ilə üzləşəcək”.
Murad