"Android 15" alacaq "Samsung" smartfon və planşetləri - SİYAHI

TEXNO
21:29 / 23.10.2024
34

"Sammobile" portalı "Samsung"un proqram təminatına dəstək siyasətinə əsaslanaraq, şirkətin "Android 15" əsasında One UI 7 yeniləməsini almağa zəmanət verilən qadcetlərinin siyahısını tərtib edib.

HİT.az xəbər verir ki, "Android 15"in tam buraxılışı oktyabrın ortalarında baş tutub.

"Google Pixel "smartfonlarının sahibləri artıq yeniləməni əldə ediblər və üçüncü tərəf tərtibatçıları tezliklə "Android"in ən son versiyası əsasında proqram təminatı versiyalarını buraxmağa başlayacaqlar. “Samsung” da daxil olmaqla istehsalçılar artıq öz cihazları üçün yeni proqram təminatının beta versiyaları üzərində işləməyə başlayıblar.

Mənbənin sözlərinə görə, "Galaxy S21", Z Fold3, Z Flip3, A14 5G, A23, A33, A53, A73, F15, M15 və daha yeni 46 smartfon modelinin istifadəçiləri yeniləməyə arxalana bilərlər.

Şirkətin flaqman planşetləri də "Galaxy Tab S8"dən başlayaraq hazırkı Tab S10+ və Tab S10 Ultra-a qədər yenilənəcək.

Bütün bu cihazlar üçün "Android" 15 əsasında One UI 7-nin buraxılış tarixi hələ məlum deyil. Ehtimal olunur ki, yeni proqram təminatına malik ilk qurğular 2025-ci ilin əvvəlinə elan edilməsi planlaşdırılan flaqman "Samsung Galaxy S25" olacaq.

Samir

0