“WhatsApp” hesablarınızın necə oğurlandığını TEXNOLOQ AÇIQLADI

TEXNO
15:58 / 02.12.2024
109

Son günlər istifadəçilər arasında “WhatsApp” hesablarının oğurlanması barədə məlumatlar dərc edilir.

İddia olunur ki, hesablar oğurlanaraq, nömrənin yaddaşında olan şəxslərə mesaj göndərərək , pul tələb olunur. 

Bu barədə Hit.az-a açıqlama verən texnoloq Aydın Rüstəmov deyib ki, bu hadisələr son dövrlər çoxalıb:

“Artıq kibercinayətlər həyatımızda günlük hadisələrə çevrilib. Bu sahəni öyrənən hər bir şəxs cinayətə əl atır. Eyni zamanda, qarşılaşdığımız bu nüanslar bir daha onu göstərir ki, kimliyindən asılı olmayaraq, gələn linkləri araşdırmadan daxil olmamalıyıq. 

Digər məsələyə gəldikdə “WhatsApp”da nömrələrin oğurlanması müxtəlif yollarla baş verə bilər. Bu, ümumiyyətlə, şəxsi məlumatların oğurlanması və ya hesabların hack olunması ilə bağlıdır. “WhatsApp” istifadəçinin telefon nömrəsi ilə doğrulama aparır. Hakerlər, telefon nömrəsini əldə etdikdən sonra, sizin adınıza SMS doğrulama kodu ala bilər. 

Phishing, istifadəçinin şəxsi məlumatlarını (telefon nömrəsi, parol və s.) əldə etmək məqsədilə həyata keçirilən bir taktika. Hakerlər, “WhatsApp”dan gələn rəsmi bir mesaj kimi görünən saxta mesajlar göndərə bilərlər. Bu mesajlar, istifadəçini "hücum edilən" hesabını bərpa etmək və ya başqa hər hansı bir məlumat vermək üçün saxta bir sayta yönləndirə bilər. Əgər istifadəçi bu linkə daxil olub , məlumatlarını təqdim edərsə, nömrəsi oğurlana bilər. Açıq və ya zəif şifrlənmiş Wi-Fi şəbəkələri üzərindən, kiber hücumçular sizin telefonunuza daxil ola bilər. Bu, xüsusilə Wi-Fi şəbəkələrinə qoşularkən məlumatlarınızın təhlükəsizliyini itirməyinizə səbəb ola bilər”.

Murad


 

0