"Future" tədqiqat qrupu ABŞ və Böyük Britaniyadan olan istifadəçilər arasında sorğu keçirərək onların, süni intellekt ilə nə qədər nəzakətlə ünsiyyət qurduğunu araşdırıb. Nəticələr göstərir ki, nəzakətli istifadəçilər daha çoxdur.
HİT.az bu barədə "TechRadar"a istinadən xəbər verir.
Amerikalı istifadəçilərin 67%-i həmişə süni intellektə qarşı nəzakətli davranır və onların 82%-i hesab edir ki, bu davranış düzgündür, qarşıdakı canlı olsa da, olmasa da. Bu qrupun qalan 18%-i isə maşınların mümkün üsyanı ehtimalına qarşı ehtiyatlı olmaq üçün nəzakət qaydalarına əməl edir.
Sorğuda iştirak edənlərin 33%-i isə nəzakət qaydalarına riayət etmir və bunu mənasız hesab edir. Qalanları isə sorğularını qısa şəkildə ifadə etməyi üstün tutur, artıq sözlərə vaxt sərf etmək istəmir.
Təxminən 71% britaniyalı sorğuda iştirak edənlər həmişə süni intellekt ilə ünsiyyətdə nəzakətli davranır. Onların 83%-i həmişə "zəhmət olmasa" və "təşəkkür edirəm" ifadələrindən istifadə edir və bunu düzgün hesab edir, 17%-i isə maşınların mümkün üsyanı qorxusundan nəzakət qaydalarına əməl edir.
Nəzakət qaydalarına riayət etməyən 29% britaniyalıdan təxminən üçdə biri bunu mənasız hesab edir, qalanları isə sadəcə vaxta qənaət etmək istəyir.
Samir