Çində yaşlı qadınlar süni intellekt tərəfindən yaradılan "nəvələrə" inanırlar

TEXNO
21:56 / 28.02.2025
54

Çinin yaşlı qadınları süni intellektin yaratdığı körpələrə inanaraq, onları real hesab edirlər. 

HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Çin Yeni ili bayramı günlərində sosial şəbəkələrdə yemək bişirən, rəqs edən və gündəlik işlərlə məşğul olan virtual uşaqların videoları böyük populyarlıq qazanıb. Xüsusilə yaşlı nəsil bu videolara böyük maraq göstərir.

Pensioner qadınlar süni intellekt tərəfindən yaradılan görüntülərə valeh olub və onların gerçəkliyinə inanmağa başlayıblar. Yaxınları bunun süni texnologiya olduğunu izah etməyə çalışsa da, bəzi qadınlar buna inanmaqdan imtina edir və məyus olurlar.

Çinli internet istifadəçiləri bu fenomeni zərərsiz hesab edirlər. Onların fikrincə, bu cür videolar yaşlı insanlara tənhalığı aşmağa və emosional dəstək tapmağa kömək edir.

Samir

1