Maskın neyron şəbəkəsi sənədləri redaktə edə və proqramlar yarada bilər

TEXNO
17:47 / 16.04.2025
139

İlon Maskın xAI çatbotu "Grok" istifadəçilərə sənədləri redaktə etməyə, proqramlar yaratmağa, kod yazmağa və işlətməyə imkan verən "Grok Studio" funksiyasını əldə edib. 

HİT.az xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

"Grok Studio" sənədlər, hesabatlar, kodlar və hətta brauzer oyunları yaratmaq da daxil olmaqla, birgə məzmunun redaktəsi üçün iş sahəsi təqdim edir. Yeniliyin əsas xüsusiyyəti qarşılıqlı əlaqənin rahatlığını artıran məzmunu ayrıca pəncərədə açmaq imkanıdır.

Yenilik həmçinin HTML ilə işləməyi və "Python", C++ və "JavaScript" kimi dillərdə kodu icra etməyi dəstəkləyir. "Google Disk" inteqrasiyası ilə istifadəçilər öz hesablarından faylları əlavə edə və sənədlər, cədvəllər və təqdimatlarla işləyə bilərlər.

Oxşar funksionallıq 2024-cü ilin oktyabrında ChatGPT-ə əlavə edilib - xidmət "Canvas" adlanır, ilk belə həlli isə 2024-cü ilin avqustunda "Klod" üçün "Artifacts" elan edən "Anthropic" tərəfindən buraxılıb.

Samir

0