"Google" şirkəti, "YouTube Premium" xidmətini daha əlçatan etmək üçün iki nəfərlik ucuz abunəlik planı üzərində işə başlayıb. Hazırda Hindistan, Tayvan, Honqkonq və Fransada pilot şəkildə tətbiq edilən bu yeni plan, eyni evdə yaşayan və "Google" ailə qrupuna daxil olan iki şəxsin güzəştli şərtlərlə Premium xidmətlərdən faydalanmasına imkan verir.
HİT.az xəbər verir ki, yeni abunəlik növündən istifadə etmək üçün hər iki şəxsin 13 yaşdan yuxarı olması və ailə qrupuna daxil olan "Google" hesablarına malik olmaları tələb olunur. Bu planın qiyməti, iki fərdi Premium abunəlik planının toplam dəyərindən aşağı olacaq. Məsələn, Hindistanda bu planın aylıq qiyməti 219 rupi (təxminən 2,60 ABŞ dolları) təşkil edir. Müqayisə üçün qeyd edək ki, iki fərdi abunəlik üçün ümumi məbləğ 298 rupi (3,53 dollar), beş nəfərlik ailə planı isə 299 rupi (3,54 dollar) təşkil edir.
Son illərdə "YouTube" Premium abunəliyinin populyarlaşması üçün reklamsız izləmə və yüksək keyfiyyətli (1080p) görüntü kimi üstünlüklər təqdim edir. Şirkət daha əvvəl bir sıra ölkələrdə daha aşağı qiymətli, lakin məhdud imkanlara malik "Premium Lite" variantını da istifadəyə vermişdi, lakin bu xidmət hələ ki, Türkiyədə əlçatan deyil.
ABŞ-da isə tam funksiyalı və reklamsız "YouTube Premium" abunəliyinin qiyməti aylıq minimum 14 dollardır. Göstərilən qiymətlər ölkələrin alıcılıq qabiliyyətinə uyğun olaraq dəyişir.
Xatırladaq ki, "YouTube" 2023-cü ildə reklamları bloklayan əlavələrə qarşı qlobal mübarizəyə başlamışdı. Yeni sınaq planı isə xüsusilə maliyyə səbəbindən Premium xidmətlərə keçməyən iki nəfərlik ailələr üçün daha münasib alternativ təklif edir.
Hazırda bu planın Türkiyədə və digər ölkələrdə istifadəyə verilib-verilməyəcəyi məlum deyil.
Samir