ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən əhəmiyyətli ticarət tarifləri səbəbindən "Apple" 2017-ci ilin payızında çıxarılacaq iPhone seriyası üçün qiymətləri qaldırmağa məcbur olacaq.
HİT.az xəbər verir ki, bu barədə "Wall Street Journal" mənbələrə istinadən yazıb.
Bildirilir ki, "Apple" qiymət artımları ilə Trampın əksər "iPhone"ların son montajının edildiyi Çinə tətbiq etdiyi tariflərlə izah etməli olduğu hər hansı bir ssenaridən qaçmaq istəyir. Bunun əvəzinə "Cupertino" qiymət artımını yeni dizayn elementləri və xüsusiyyətləri ilə izah etməyə çalışacaq.
"Apple" rəhbərliyi "Amazon" ilə insidentin təkrarlanmasının qarşısını almaq istəyir. Aprel ayında şirkət müştərilərə yeni tariflərin malların maya dəyərinə necə təsir etdiyini göstərmək niyyətini açıqlamışdı. Ağ Ev bunu düşməncəsinə hərəkət adlandırıb və "Amazon" tez bir zamanda bu ideyanın heç vaxt təsdiqlənmədiyini və həyata keçirilməyəcəyini bildirib.
ABŞ və Çin arasında ticarət müharibəsinin artan təzyiqi fonunda, "Apple" inventar yaradıb və ABŞ bazarı üçün avadanlıq istehsalını Hindistana köçürüb. "Apple"ın CEO-su Tim Cook daha əvvəl demişdi ki, aprel-iyun aylarında ABŞ-da tədarük edilən "iPhone"ların əksəriyyəti Hindistandan gətiriləcək.
Eyni zamanda, Hindistandan göndərilən qurğular "iPhone"lara olan bütün tələbatı ödəmək üçün kifayət etmir - Pro və Pro Max modelləri hələ də Çində yığılacaq. WSJ qeyd edir ki, bu yaxınlarda ABŞ və Çin gömrük tariflərinin 90 gün müddətinə müvəqqəti azaldılması ilə bağlı razılığa gəlsələr də, "Apple" yenə də ABŞ-a smartfon idxalına görə 20% rüsum ödəməli olacaq.
Samir