Mach 5 sürətinə çatan hipersəs təyyarələri artıq xəyal deyil

TEXNO
23:52 / 19.05.2025
44

Mach 5 sürəti ilə uçmaq artıq elmi-fantastika deyil. 

HİT.az-ın məlumatına görə, "Stratolaunch" şirkətinin son sınaqları göstərib ki, hipersəsli uçuşlar texnoloji baxımdan mümkündür. Bəs bu sürətlə hərəkət edən təyyarələrlə insan daşımaq nə qədər realdır?

İnsanlıq keçən əsrdə səsdən sürətli – yəni supersonik – sürətlərə çatmağı bacardı. 1980-ci illərdə "Concorde" kimi təyyarələrlə sivil supersonik uçuşlar həyata keçirildi. Lakin bu uçuşlar həm iqtisadi, həm də ekoloji səbəblərdən dayandırıldı.

İndi isə supersonik uçuşlar geri dönməyə hazırlaşır. Eyni zamanda, dünya ölkələri hipersəsli döyüş təyyarələrinin inkişafı üzərində ciddi şəkildə çalışır. Çünki bu təyyarələri dayandıra biləcək hər hansı hava hücumundan müdafiə sistemi yoxdur. Bununla belə, hipersəsli bir təyyarədə insan daşımaq olduqca çətin məsələdir. Lakin "Stratolaunch" tərəfindən həyata keçirilən sınaqlar bunun mümkün ola biləcəyini göstərir.

"Stratolaunch" şirkətinə məxsus və hazırda fəaliyyət göstərən dünyanın ən böyük təyyarəsi sayılan "Roc", hipersəsli test vasitəsi olan Talon-A cihazlarını daşımaq üçün nəzərdə tutulub. 117 metr qanad uzunluğuna və 226.796 kq boş çəkisinə sahib Roc təyyarəsi, səsdən yüksək sürətlərdə uçuş sınaqları üçün Talon-A-nı yüksəkliyə qaldırır.

Supersonik sürət – yəni səsdən sürətli uçuş – saniyədə təxminən 343 metr və ya saatda 1.235 kilometrdir və bu, “Mach 1” kimi tanınır. Concorde təyyarəsi bu sürətin iki qatını keçərək “Mach 2” ilə uça bilirdi.

Hipersəsli uçuş isə “Mach 5” və ya daha yüksək sürətlərdə baş verir – yəni səsin beş qatından daha sürətli. Stratolaunch şirkəti Talon-A2 test vasitəsinin bu sürətə çatdığını bildirib. Raketlə işləyən bu vasitə dekabr ayında və bu yaxınlarda iki uğurlu hipersəsli uçuş həyata keçirib. Hər iki uçuşda vasitə Sakit Okean üzərində yüksək sürətlə uçub və daha sonra Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasında avtonom şəkildə eniş edib.

Bu sınaqlar göstərib ki, təyyarə strukturları artıq bu cür ekstremal sürətlərə davam gətirə bilir və atmosferdə yaranan sürtünmə nəticəsində parçalanmadan uçuşu davam etdirə bilir.

Xatırladaq ki, "Top Gun: Maverick" filmində Tom Kruzun canlandırdığı test pilotu hipersəsli bir təyyarəni idarə edərkən uçuşun sonu partlayışla bitirdi. Bu, yalnız bir film səhnəsi deyil, real fiziki riskdir. Lakin bu risk artıq texnoloji baxımdan aşılmaq üzrədir.

Əgər bir gün insan daşıya bilən hipersəsli sərnişin təyyarələri istehsal olunsa, İstanbuldan Nyu-Yorka 30 dəqiqəyə getmək mümkünsüz olmayacaq. Amma indidən xəbərdarlıq edək: jetlaq (zaman fərqi yorğunluğu) probleminin hələ də dəqiq həlli yoxdur…

Samir

0