ABŞ hökumətinin federal departamentlərinin işini təhlil etmək üçün İlon Maskın AI çatbot "Grok"un genişləndirilməsi mümkün məlumat sızması ilə bağlı narahatlıqları artırıb.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” yazır.
Süni intellekt bu məqsədlər üçün Maskın DOGE departamenti tərəfindən istifadə edilir. "Reuters" mənbələrinin məlumatına görə, bu, milyonlarla ABŞ vətəndaşının şəxsi məlumatlarını və federal agentliklərin məxfi materiallarını risk altında qoyur. Məlumata görə, süni intellekt DOGE əməkdaşları tərəfindən məlumatları təhlil etmək və hesabat hazırlamaq üçün istifadə edilib. Lakin söhbətə konkret olaraq hansı məlumatların daxil edildiyi hələlik məlum deyil.
Qeyd edilir ki, hökumət məlumatlarını təhlil etmək üçün kommersiya chatbotundan istifadə potensial olaraq antiinhisar qanunlarını poza bilər, çünki əldə edilən məlumatlar "Grok"un təliminə töhfə verəcək. Bundan əlavə, süni intellekt İlon Mask tərəfindən hökumət müqavilələri haqqında məlumat əldə etmək üçün istifadə edilə bilər.
Bundan əvvəl Maskın agentliyi ABŞ-ın nüvə silahlarına dair məlumatları ehtiva edən şəbəkələrə giriş əldə etmişdi. Söhbət ABŞ-ın nüvə silahı layihələri ilə bağlı təfərrüatlı “məhdudlaşdırılmış məlumatların” ötürülməsi üçün istifadə edilən NNSA Enterprise Secure Network və ABŞ Müdafiə Nazirliyi tərəfindən nüvə silahı məsələləri üzrə Enerji Departamenti ilə əlaqə saxlamaq üçün istifadə edilən Gizli İnternet Protokol Router Şəbəkəsi (SIPRNet) ilə bağlıdır.
Samir