"Steam" sorğusu açıqlandı: Ən geniş yayılmış əməliyyat sistemi, GPU və...

TEXNO
19:14 / 03.06.2025
96

"Steam" istifadəçiləri arasında "Windows 11"in bazar payı artarkən, "Windows 10" istifadəsindəki azalma diqqət çəkir. "Hardware" üstünlükləri və digər əməliyyat sistemlərinin mövqeyi də dəyişməyə davam edir.

HİT.az xəbər verir ki, yeni ayın başlaması ilə birlikdə, "Steam"in ana şirkəti "Valve" yenidən Aylıq Hardware və Proqram Təminatı Sorğusunun nəticələrini dərc edib. "Valve"ın may-2025 Hardware və Proqram Təminatı Sorğusu nəticələri göstərir ki, "Windows 11" oyunçular arasında populyarlığını artırmağa davam edir.

"Windows 11" "Steam" istifadəçiləri arasında keçən ay ərzində bazar payını 0.46% artıraraq 58.3% ilə yeni rekorda imza atıb. "Microsoft"un ən yeni əməliyyat sistemi bir neçə ay əvvəl "Windows 10"u geridə qoymağı bacarmışdı və indi "Windows 10"un bazar payı 37%-ə qədər ednib. "Windows 10"un dəstək müddətinin 2025-ci ilin oktyabrında bitməsi yaxınlaşarkən, son ayda 1.09% azalma qeydə alınıb.

Maraqlıdır ki, "Windows 7" yaşına və artıq dəstəklənməməsinə baxmayaraq, yenə də "Valve"ın statistikasında yer alır. Görünür, sorğu iştirakçılarının 0.10%-i hələ də "Windows 7" istifadə edir. "Steam" artıq "Windows 7"ni dəstəkləmir və bu əməliyyat sistemi üçün yeni yeniliklər təqdim etmir, lakin sistem hələ də "Windows 7" üzərində işləyə bilir. Ancaq bu istifadəçilər oyun kitabxanalarına girişi istənilən vaxt itirə bilərlər.

Ümumiyyətlə "Windows" "Steam" istifadəçilərinin 95.45%-i tərəfindən üstün tutulur, lakin bu göstərici keçən ayla müqayisədə 0.65% azalıb. Linux 2.69% ilə ikinci yerdədir və bazar payını 0.42% artırıb. macOS isə 1.85% ilə üçüncü yerdə qərarlaşıb və 0.23% artım qeyd edib.

Hələlik "Linux"un yaxın gələcəkdə "Windows"un üstünlüyünə ciddi təhlükə yaratması gözlənməsə də, xüsusilə daşınabil cihazlarda oyun təcrübəsi baxımından daha yaxşı performans göstərməsi "Windows"a qarşı narazılıq yaradır.

"Hardware" tərəfində isə oyunçuların 43%-nin 16 GB RAM, 29.79%-nin altı nüvəli prosessor, 4.56%-nin isə "Nvidia RTX 3060" qrafik kartını üstün tutduğu müşahidə olunur. 33.67% hissə 8 GB VRAM istifadə edir, 55.35% hissə isə 1080p ayırdetmə qabiliyyətli monitorlara malikdir.

GPU tərəfinə daha ümumi baxdıqda, Nvidia-nın 74.18% kimi böyük bazar payına sahib olduğu, AMD-nin 17.62% ilə ikinci, Intel-in isə 7.85% ilə üçüncü yerdə qərarlaşdığı görülür. Prosessorlara baxdıqda isə AMD 40.31% ilə Intel-in 59.69%-lik payına yaxınlaşmağa davam edir.

Samir

0