"Counterpoint Research" tədqiqat qrupu Avropa smartfon bazarında 2025-ci ilin birinci rübünün nəticələrini dərc edib. Bütün ilk 10-luğu "Apple" və "Samsung" cihazları tutub.
HİT.az xəbər verir ki, birinci yeri "iPhone 16 Pro" tutub - bu, Avropa smartfon bazarının 6%-ni təşkil edir. Onu "iPhone 16 Pro Max" və adi "iPhone 16" izləyir.
"Apple" smartfonları ilə yanaşı, "Samsung" cihazları, o cümlədən flaqman "Galaxy S25 Ultra", "Galaxy S25" və "Galaxy S24", eləcə də populyar sərfəli modellər "Galaxy A55 5G" və "Galaxy A16 5G" "onluq"dadır.
"Counterpoint Research" "iPhone 16e" modelinə xüsusi diqqət yetirib. Fevral ayında satışa çıxarılan bu "büdcəli" "iPhone" dərhal Avropa satışlarında ilk 10-luğa daxil olub. Mütəxəssislərin fikrincə, bu yeni məhsulun artım potensialı 599 avroluq qiymətə olmasaydı, daha da yüksək olardı.
Ən yüksək pillədəki digər "iPhone" 2025-ci ilin 1-ci rübündə satışlarda 10-cu yeri tutan "iPhone 15"dir. Beləliklə, "Apple" və "Samsung" çinli rəqiblərini geridə qoyaraq, Avropa smartfon bazarında hökmranlıq etməyə davam edir.
Samir