"Samsung" "Galaxy S26" seriyası üçün "Perplexity AI" ilə sazişə çox yaxındır. Bu tərəfdaşlıq "Google Gemini"ni necə təsir edəcək?
HİT.az xəbər verir ki, "Google"un inkişaf etdirdiyi "Gemini" süni intellekt asistanı, "Android" telefonlarda standart süni intellekt xidməti kimi yer alır və uzun müddətdir "Samsung" cihazlarında da aktiv şəkildə istifadə olunur. Lakin texnologiya dünyasında Samsung ilə Google arasındakı bu əməkdaşlığın tezliklə dəyişə biləcəyinə dair güclü işarələr ortaya çıxıb.
"Android Police"in verdiyi məlumata görə, "Samsung" və süni intellekt şirkəti "Perplexity AI" arasında rəsmi tərəfdaşlıq ərəfədədir. Saziş baş tutarsa, "Perplexity"nin süni intellekt asistanı, "Samsung"un 2026-cı ilin əvvəlində satışa çıxacaq "Galaxy S26" seriyasında standart AI xidməti kimi istifadə ediləcək. Bu inkişaf, "Samsung"un süni intellekt strategiyasında əhəmiyyətli bir dəyişiklik mənasını daşıyır.
"Samsung"un yeni tərəfdaşlığı təkcə "Perplexity"nin AI asistanını cihazlara inteqrasiya etməklə kifayətlənməyəcək. Görünür ki, "Perplexity" tətbiqi "Galaxy" telefonlarına öncədən quraşdırılmış şəkildə gələcək və hətta bəzi funksiyaları "Samsung Internet" brauzerinə daxil ediləcək. Bundan əlavə, "Perplexity"nin texnologiyasının "Samsung"un mövcud asistanı "Bixby"yə inteqrasiya edilməsi ehtimalı da gündəmdədir. Lakin bu məsələ hələ dəqiqləşdirilməyib.
Üstəlik, iki şirkət süni intellekt dəstəkli əməliyyat sistemi alətləri üzərində də birgə işləməyi planlaşdırır. Bu alətlər istifadəçilərə "Perplexity"nin təqdim etdiyi imkanlarla yanaşı, fərqli AI asistanlarından da istifadə etmək imkanı verə bilər. Beləcə "Samsung" istifadəçiləri daha geniş və zəngin süni intellekt təcrübəsinə çata biləcək.
"Google" ilə əməkdaşlıq təhlükədəmi?
"Samsung" və "Google" arasındakı mövcud süni intellekt əməkdaşlığı bu inkişaflarla birlikdə sual işarələri qarşısında qalır. "Perplexity"nin "Galaxy S26" seriyasının standart asistanı olması halında, "Google"un "Gemini AI"nın "Samsung" cihazlarındakı üstünlüyü azala bilər. Lakin bu, "Gemini"nin tamamilə yox olacağı demək deyil. İstifadəçilər müxtəlif süni intellekt asistanları arasında seçim etmək azadlığını saxlayacaq.
"Samsung"un "Perplexity" ilə bağladığı sazişin bu il ərzində rəsmi şəkildə elan edilməsi gözlənilir.
Samir