"iPhone 18 Pro" ekranında 3 böyük yenilik ola bilər

TEXNO
10:08 / 21.06.2025
57

Hələ ki "iPhone 17" belə təqdim edilməyib. Amma bu vəziyyət ondan sonra gələcək "iPhone 18 Pro" haqqında deşifrələrin ortaya çıxmasına mane deyil. Yeni məlumatlar "Apple" şirkətinin "iPhone 18 Pro ekranında" əhəmiyyətli yeniliklər edəcəyinə işarə edir.

HİT.az xəbər verir ki, "iPhone 17" seriyasının təqdiminə hələ aylar qalmasına baxmayaraq, "Apple" şirkətinin 2026-cı ildə bazara çıxarması gözlənilən "iPhone 18 Pro" modelləri ilə bağlı ilk şayiələr artıq müzakirə olunmağa başlayıb. Çin mərkəzli sosial media platforması "Weibo"da dəqiq deşifrələri ilə tanınan "Digital Chat Station", "iPhone 18 Pro" seriyası üçün bəzi ekran detallarını paylaşıb.

Deşifrəyə görə "Apple", "iPhone 18 Pro" modellərində mövcud ekran ölçülərini saxlayacaq. Yəni 6.27 düymlük Pro və 6.86 düymlük Pro Max modelləri yenidən qarşımıza çıxacaq. Lakin təsvirin keyfiyyətində (aydınlıq dərəcəsində) diqqətçəkən bir artım planlaşdırılır. "Apple"ın bu dəfə 1.5K aydınlıq dərəcəsinə keçid edəcəyi irəli sürülür.

Yeni ekran aydınlıq dərəcəsi hər iki model üçün eyni piksel sıxlığı olan 460 PPI səviyyəsində qalacaq. Bu, xüsusilə "iPhone 18 Pro" üçün vizual olaraq böyük bir fərq yaratmaya bilər. Lakin Pro Max modeli mövcud 2796×1290 piksel aydınlıq dərəcəsindən 2860×1310 pikselə qaldırılacaq. Bu da daha aydın təsvir təqdim edərkən, aydınlıq dərəcəsinin artmasının heç bir kəskinlik itkisinə səbəb olmayacağı mənasını verir.

Ekranın təsvir keyfiyyətindəki bu artım, "Apple"ın uzun müddətdir danışılan yeni ekran dizaynına keçməyə hazırlaşdığı iddialarını da dəstəkləyir. Şirkətin "Face ID" komponentlərini ekranın altına inteqrasiya etməyi və yalnız ön kameraya aid tək bir ekran deşiyi dizaynına keçməyi planladığı bildirilir. Bu da "iPhone 14 Pro"dan bəri istifadə edilən "Dinamik Ada" sistemində dəyişikliklər ola biləcəyinə işarədir. Lakin bu mövzuda dəqiq məlumat hələ yoxdur.

"Apple"ın ekran dizaynı ilə bağlı başqa bir iddia ön kameranın yerinə aiddir. Hal-hazırda bu deşiyin ekranın tam ortasında yoxsa sol yuxarı küncündə olacağı dəqiq deyil. "Apple"ın qeyri-adi bir kamera yerləşməsi ilə "iPhone"ları "Android" modellərindən vizual olaraq daha da fərqləndirməyi hədəflədiyi danışılır.

Əgər kamera ekranın soluna yerləşdirilsə, bu "Apple" dizaynlarında uzun müddətdir görməyə alışmadığımız bir dəyişiklik olar. Eyni zamanda, istifadəçilərin cihazla qarşılıqlı əlaqəsində də yeni bir dövrə işarə edə bilər.

Bütün bu məlumatlar hələ erkən mərhələdədir və "Apple" tərəfindən rəsmi təsdiqlənmiş detall deyil. "iPhone 18 Pro"nun təqdiminə bir ildən çox vaxt var və bu müddət ərzində planların dəyişməsi son dərəcə ehtimaldır. Yenə də deşifrələr "Apple"ın ekran texnologiyası sahəsində əhəmiyyətli addımlar atmağı hədəflədiyini və xüsusilə cihazın ön hissəsində böyük dəyişikliklər edə biləcəyini göstərir.

Samir
 

0