Musiqi sənayesi süni intellekt (Al) tərəfindən yaradılan saxta mahnıların qarşısını ala bilməyincə istiqamət dəyişib. İndi hədəf bu məzmunu erkən aşkarlayıb lisenziyalaşdırmaqla gəlir əldə etməkdir. Yeni texnologiyalar AI musiqisinin yayımlanmadan "tutulmasını" hədəfləyir.
HİT.az xəbər verir ki, 2023-cü il musiqi sənayesinin uzun müddətdir qorxduğu bir həqiqəti üzə çıxarıb və bu, az qala Dreykin səsi ilə oxunan bir mahnı ilə baş verdib.
Dreyk və "The Weeknd"i təqlid edən "Heart on My Sleeve" adlı süni intellekt dueti, mənbəyi bilinməyən şəkildə yayımlanandan sonra milyonlarla dinlənmə toplayıb. Lakin tezliklə platformalardan qaldırılıb. Bu mahnı təkcə viral olmaqla qalmadı; həm də musiqi üzərində nəzarətin böyük ölçüdə itirildiyini aşkar edib.
Yeni məqsəd: AI musiqisini qadağan etmək yox, izləmək və pul qazanmaq
Sənaye artıq AI musiqisinin tamamilə dayandırıla bilməyəcəyini qəbul edir. Bunun əvəzinə, süni intellekt tərəfindən yaradılmış musiqiləri erkən aşkarlayan, etiketləyən və lisenziyalaşdırma proseslərinə inteqrasiya edən texnologiyalara yönəlir.
Bu sistemlər təkcə saxta məzmunu sonradan aşkarlamağı deyil; prosesin ən başlanğıcından etibarən süni yaradılımı müəyyən etməyi hədəfləyir. Bununla həm müəllif hüquqları qorunur, həm də yeni gəlir modeli yaradılır.
Süni intellekt məzmununu izləmək üçün hazırlanan texnologiyalar təlim mərhələsindən yayım platformalarına qədər musiqi istehsalının hər səviyyəsinə inteqrasiya edilməyə başlanılıb.
"YouTube" və "Deezer" kimi böyük platformlar məzmun yüklənərkən süni səsləri tanıyan sistemlərdən istifadə edir. "Audible Magic", "Pex", "Rightsify" və "SoundCloud" kimi şirkətlər isə musiqilərin təlim məlumat dəstlərindən paylanmasına qədər olan prosesdə süni məzmunu tanıyan hərtərəfli həllər hazırlayır.
AI musiqisini yayılmadan əvvəl tanıma səyi
"Vermillio" və "Musical AI" kimi təşəbbüslər mahnılar hələ yayımlanmamışdan süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını aşkarlayan alətlər hazırlayır.
Məsələn, "Vermillio"nun "TraceID" adlı sistemi bir parçanı ton, melodiya və mətn quruluşu kimi komponentlərinə ayıraraq süni yolla yaradılmış hissələri qeyd edir. Bu sayəcə orijinal mahnıların hissələrindən istifadə edən yeni yaradılımlar belə müəyyən edilə bilir.
Qadağan etmək yox, lisenziyalaşdırmaq
"TraceID"nin əsas diqqət mərkəzində mahnını silmək yox, onu lisenziyalaşdıraraq təsdiq edilmiş versiyaya çevirmək durur.
"YouTube"un "Content ID" (Məzmun Kimliyi) kimi sistemlərin tuta bilmədiyi incə təqlidləri belə aşkar edə bilən bu texnologiya, lisenziyalaşdırmanı yayımdan sonra yox, əvvəl həyata keçirməyi mümkün edir. "Vermillio" bu cür təsdiqlənmiş lisenziyalaşdırma modellərinin 2023-cü ildə 75 milyon dollarlık həcmə çatdığını və bu rəqəmin 2025-ci ildə 10 milyard dollara qalxa biləcəyini proqnozlaşdırır.
Təlim məlumatları səviyyəsində aşkarlama səyləri
Bəzi şirkətlər mahnı yaradılarkən istifadə olunan təlim məlumatlarını təhlil edərək parçanın hansı ifaçı və ya mahnıdan nə qədər təsirləndiyini müəyyən etməyə çalışır.
Bu yanaşma musiqidə təsirlənmənin müəllif hüquqları baxımından daha obyektiv qiymətləndirilməsini təmin edir. "Blurred Lines" (Qeyri-aydın Xətlər) işi kimi keçmişdə baş vermiş nümunələr bu cür aşkarlamanın nə qədər mürəkkəb ola biləcəyini göstərsə də, alqoritmlər bu prosesi daha şəffaf etməyə namizəddir.
AI musiqisinin mənbəyini izləyən sistemlər
"Musical" AI təkcə nəticələri təhlil etməklə kifayətlənməyib, yaradılımın mənbəyindən etibarən süni musiqiləri izləyən bir sistem hazırlayır.
Şirkətin həmtəsisçisi Şon Pauver yanaşmanı belə izah edir: "İstinad mahnı tamamlandıqdan sonra deyil, model öyrənməyə başlayan anda başlamalıdır".
"Deezer" da süni intellekt tərəfindən yaradılmış məzmunun yayılmasını məhdudlaşdırmaq üçün müxtəlif addımlar atıb. Şirkətin daxili alətləri hər gün yüklənən mahnıların təxminən 20%-nin tamamilə AI tərəfindən yaradıldığını müəyyən edir.
Bu cür mahnılar platformada qalmağa davam edir, lakin tövsiyyə alqoritmlərində arxa plana itələnir. "Deezer" gələn aylarda bu məzmunu istifadəçiyə açıq şəkildə "süni intellekt məhsulu" kimi etiketləməyə başlamağı planlaşdırır.
"Süni intellektə qarşı deyilik, ancaq sui-istifadəyə qarşıyıq"
"Deezer"in İnnovasiya Direktoru Orelien Ero bu yanaşmanı belə ümumiləşdirir:
"Biz süni intellektə qarşı deyilik. Ancaq bir çox məzmun platformaları manipulyasiya etmək məqsədilə yaradılır. Buna görə də ehtiyatlı olmalıyıq"
"Laion AI" tərəfindən hazırlanmış "Təlimdən Kənar Protokolu" (Do Not Train Protocol - DNTP), ifaçıların əsərlərinin süni intellekt təlimində istifadə edilməsinin qarşısını almaq üçün etiketləmə imkanı təklif edir.
Görkəmli müğənnilərə bu sistemlər artıq geniş yayılsa da, musiqi aləmi hələ yolun başında durur. Üstəlik, bu sahədə hələ də aydın standart, qanuni çərçivə və ya qlobal konsensus yoxdur.
Protokolun gələcəyi qeyri-müəyyəndir
Tənqidçilər DNTP kimi sistemlərin uğur qazanması üçün müstəqil, qeyri-kommersiya təşkilatları tərəfindən idarə edilməsi lazım olduğunu vurğulayır.
İfaçı və rəqəmsal hüquqlar müdafiəçisi Mett Dryhurst bildirir: "Bu cür sistemlər şəffaf olmalı və bir neçə müxtəlif tərəfdaş tərəfindən nəzarət edilməlidir. Əks halda, mərkəzləşdirilmiş bir şirkətin təşəbbüsünə buraxılan razılıq sistemi etibarsız olar".
Samir