Bu ilin may ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti əvvəlki ayla müqayisədə 1 pillə irəliləyərək 79.25 Mbit/s təşkil edib.
Valyuta.az "Speedtest Global Index"ə əsasən, xəbər verir ki, ölkəmiz bu göstərici ilə 153 ölkə arasında 87-ci sırada yer alır.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə isə Sinqapur (372.02 Mbit/s), Fransa (315.38 Mbit/s) və BƏƏ (314.49 Mbit/s) olub.
Mobil internet sürətində isə Azərbaycan iki pillə geriləyərək 73.83 Mbit/s sürətini əldə edib və 103 ölkə arasında 57-ci yerdə qərarlaşıb.
Mobil internetin sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (539.84 Mbit/s), Qətər (529.34 Mbit/s) və Küveytin (350.89 Mbit/s) olub.