İnternetdə gəzərkən reklam bloklayıcı vasitə istifadə edə bilərsiniz. Bəs küçədə gəzərkən reklam lövhələrindəki reklamlardan necə qaçacaqsınız? Görünür, tezliklə bunun üçün də bir tətbiqimiz olacaq...
HİT.az xəbər verir ki, belçikalı proqram mühəndisi Stijn Spanhove "Snap"in beşinci nəsil "Spectacles" ağıllı eynəkləri ilə işləyən "həqiqi dünya reklam bloklayıcısı" prototipi hazırlayır.
Bu tətbiq, "Google"ın "Gemini" süni intellektindən istifadə edərək ətrafınızdakı reklam lövhələri, qəzetlər, qablaşdırmalar və oxşar səthlərdəki reklamları aşkarlayır; sonra isə onları real vaxtda qırmızı dördbucaqlı ilə örtüb üzərinə reklam verən markanın adını yazır.
Sistem necə işləyir?
Sistem süni intellekt vasitəsilə 3 əsas detekti tanımaq və təhlil etmək üzrə qurulub:
Dərinlik məlumatı: Snap-in "Depth Cache API"si ətrafdakı səthlərin 3D mövqeyini müəyyən edərək bloklanacaq reklamların perspektivini qoruyur.
Reklam tanıma: Google Gemini, reklam lövhələrini, qəzet səhifələrini, hətta Coca‑Cola qutusundakı loqo kimi reklam məzmununu aşkarlayır.
Örtmə: Aşkarlanan reklamların üzərinə qırmızı dördbucaqlı örtülür. Bu örtük, şəffaf ekran quruluşu səbəbilə bəzən reklamın solğun görünüşünü saxlayır. Bundan əlavə, Spectacles-ın dar baxış bucağı (~46°) səbəbilə yalnız birbaşa baxdığınız sahədəki reklamlar bloklana bilir.
Təhlükələr və məhdudiyyətlər
Sistem hələ inkişaf etdirilir və yaxın gələcəkdə daha effektiv vasitə kimi istifadə edilə bilər. Əlbəttə, belə bir sistemi işlətmək üçün AR (Artırılmış reallıq) eynəkləri taxmaq lazımdır. Lakin sistem səhv etdikdə (məsələn, həyati əhəmiyyətli bir obyekti "reklam" sanaraq örtdükdə) nəticələr ağır ola bilər:
Küçəni keçərkən qəfildən yaxınlaşan avtomobili görməmək ciddi qəzaları səbəb ola bilər. Buna görə də, bu layihənin praktik tətbiqinin çətin olacağı gözlənilir.
Samir