Hazırda minlərlə emoji istifadə olunur və insanlar bu vizual işarələrlə duyğularını tez ifadə etməyi sevirlər.
HİT.az xəbər verie ki, lakin "TikTok"da bir istifadəçi axtardığı emojini tapa bilməyəndə video çəkib və indi hamı bu emojini axtarır.
"TikTokçu" videoda belə deyir:
"Zəhmət olmasa, deyin görək – saçını dəsmala bükmüş, gözlərində xiyar dilimləri olan, sanki spa salonundaymış kimi bir qız emojisini xatırlayan varmı? Tapa bilmirəm, amma onu çox aydın xatırlayıram. Yalnız mən beləyəm?"
"TikTokçu"nun bəhs etdiyi emoji isə budur:
Qeyd: Bu emoji mətndə təsvir edilənə uyğun deyil, lakin müəllif konkret emojini göstərmir.
Sosial mediadakı müzakirələrdə bəziləri bunun "Mandela effekti" olduğunu iddia edir. Bu psixoloji effekt, insan qrupunun baş verməyən bir şeyə inanması kimi izah olunur. Effektin adı, Nelson Mandelanın 1980-ci illərdə həbsxanada öldüyünə dair yanlış və geniş yayılmış inancdan gəlir.
Bəs nə baş verib?
Emojiyə gəldikdə... Bəli, bu emoji həqiqətən var idi və axtardıqda köhnə veb səhifələrdə onun şəkillərinə rast gəlmək olar. Buna görə də emojinin niyə və necə yox olduğu sualına hələ cavab tapılmayıb. Çox güman ki, bu emojiləri standartların hələ formalaşmadığı dövrdə müxtəlif cihazlara əlavə edən telefon istehsalçıları yaradıb, lakin standart emoji kodlarına keçid zamanı bu "qeyri-adi" emojilər də istifadədən çıxarılıb.
İlk dövr "iPhone" və "Android" telefonlar təqdim edilərkən, əvvəlki modellərdə olmayan emojilərin reklamı da edilirdi və bunlar satış üçün cazibə nöqtəsi kimi istifadə olunurdu. Lakin eyni əməliyyat sistemlərindən istifadə etməyən telefonlar bir-birinə göndərdikləri "qeyri-adi" emojiləri göstərə bilmirdilər.
Samir