Smartfon istifadəçilərinin çoxu cihazlarını səhərə hazır etmək üçün gecəni şarja qoşur. 100%-ə çatmış batareya doluluğu ilk baxışdan günü xilas edəcək kimi görünsə də, uzun müddətdə bu vərdişin batareya sağlamlığına ziyan vura biləcəyi bir həqiqətdir.
HİT.az xəbər verir ki, telefonlarda geniş istifadə olunan litium-ion batareyalar zamanla kimyəvi yaşlanır. Bu batareyaların daim tam tutumda, yəni 100% dolu halda saxlanması, hüceyrələrdəki gərginliyi artıraraq bu yaşlanma prosesini sürətləndirə bilər. Tədqiqatlar göstərir ki, batareyanı düzənli olaraq 90% əvəzinə 100%-ə qədər şarj etmək, onun ömrünü 10-15% daha sürətlə tükədə bilər.
Həmişə tam tutuma qədər şarj etmək, batareyanın zamanla daha tez boşalmasına səbəb ola bilər. Bu da cihazınızın batareyasını daha tez dəyişdirməyinizə gətirib çıxarar. Lakin bu hal, vaxtaşırı edilən tam şarjlar üçün keçərli deyil. Səfərə çıxmazdan əvvəl və ya gün ərzində şarj imkanınızın məhdud olacağı vaxtlarda 100%-ə qədər şarj etmək heç bir problem yaratmayacaq. Əhəmiyyətli olan bunu vərdiş halına gətirməməkdir.
Çoxlu istehsalçılar, cihazların ən sağlam şəkildə işləməsi üçün batareya səviyyəsinin ümumiyyətlə 50% ilə 80% arasında saxlanmasını tövsiyə edir. Eynilə, batareyanın tamamilə boşalmasına imkan vermək də uzun müddətdə oxşar şəkildə zədələyici ola bilər.
Müasir telefonların çoxu bu cür problemləri minimuma endirmək üçün daxili batareya idarəetmə xüsusiyyətləri ilə təchiz olunur. Məsələn, Samsung-un "Batareyanı Qoru" xüsusiyyəti şarjı avtomatik olaraq 85%-də saxlayır. Oxşar şəkildə, bəzi Pixel modellərində də şarjın 80%-də məhdudlaşdırılmasını təmin edən tənzimləmələr var. "Apple" isə "iPhone"un şarjının neçə faizdə saxlanacağını seçməyə imkan verir.
Bu xüsusiyyətlər batareyanın yüksək gərginlik altında qalma müddətini azaltmaqla kimyəvi aşınmanı azaltmağı hədəfləyir.
Digər bir mühüm məsələ isə temperaturdur. Telefonlar həddindən artıq isti və ya çox soyuq mühitlərdə istifadə edildikdə, batareya ömrü ciddi şəkildə qısala bilər. Buna görə də cihazınızı birbaşa günəş işığı altında qoymaq və ya soyuq havada uzun müddət açıqda istifadə etmək tövsiyə olunmur. Mütəxəssislər batareyanın ideal işləmə temperaturunun 0 ilə 35 dərəcə arasında olduğunu bildirirlər. Bundan əlavə, sürətli şarj kimi yüksək istiliyə səbəb olan əməliyyatlar da bu tarazlığı mənfi təsir edə bilər.
Batareya sağlamlığını qorumaq üçün şarj vərdişləri ilə yanaşı, telefonun gündəlik istifadəsi də vacibdir. Ekran parlaqlığını azaltmaq, istifadə olunmayan bağlantıları söndürmək (məsələn, Bluetooth və ya yer təyini), qaranlıq rejimdən istifadə etmək və fon rejimində işləyən tətbiqləri məhdudlaşdırmaq gündəlik enerji sərfiyyatını azalda bilər.
Telefonunuzun tənzimləmələrindən batareya istifadəsini ətraflı izləyə, hansı tətbiqlərin daha çox enerji sərf etdiyini görə bilərsiniz. Bundan əlavə, tətbiqləri aktual saxlatmaq da performans və enerji səmərəliliyi baxımından faydalı olacaq.
Samir