Şəbəkədən çıxarılması tövsiyə olunan 3 cihaz

TEXNO
19:22 / 28.07.2025
52

Çoxlu cihaz və qurğu istifadə edilməsə belə, şəbəkəyə qoşulu olduğu müddətcə elektrik enerjisi sərf etməyə davam edir. Bu, az olsa da, əlavə xərcdir. 

HİT.az xəbər verir ki, "SlashGear"ın məlumatına görə, istifadə etmədiyiniz zaman bu üç cihazı həmişə söndürməlisiniz.

Televizor

Bir çox istifadəçi televizora baxdıqdan sonra onu sadəcə söndürür, lakin o yenə də şəbəkədən işləməyə davam edir. Nəticədə, elektrik istehlakı gözləmə rejimində də davam edir. Buna görə də, artıq xərclərin qarşısını almaq üçün onu fişdən çıxarmaq daha yaxşıdır.

İnternet modemi

Əksər evlərdə modem gecə-gündüz işləyir, çünki internet hər an lazım ola bilər. Lakin işə getdiyiniz və bu vaxt evdə heç kim olmadıqda modemi söndürə bilərsiniz. Eyni şey səfərə, istirahətə, dost və qohumların yanına getdiyiniz zaman da şamil edilir.

Şarj cihazı

Bu cihaz da düşündüyünüzdən çox elektrik enerjisi sərf edə bilər. Belə ki, telefonu şarj etməsəniz belə, şarj cihazı şəbəkəyə qoşulu olduqda elektrik enerjisi sərf edir.

Qeyd edilir ki, bu xərclər az olsa da, şarj cihazından istifadə etdikdən sonra onu şəbəkədən çıxarmağın başqa bir səbəbi də var. Bəzi hallarda bununla əlaqədar yanğınlar baş verir. Buna görə də, bu qayda həm də təhlükəsizliklə bağlıdır.

Eyni zamanda, mətbəxdə tez-tez tosterdən istifadə edirsinizsə, onu ümumiyyətlə şəbəkədən çıxarmağa ehtiyac yoxdur. Rəqəmsal ekranı olmayan köhnə nəsil tosterlər istifadəyə başlayana qədər elektrik enerjisi sərf etmir.

Samir
 

0