"iPhone" və ya "iPad" kimi Apple məhsullarındakı "i" hərfinin nə məna gəldiyini heç maraqlandınızmı? Cavab olaraq ağlınıza "internet" gələ bilər, amma bu əsas cavab deyil. Stiv Cobs illər öncə bu sualın cavabını vermişdi.
HİT.az xəbər verir ki, bu gün çox tanınan markanın məşhur 'i' hərfi illər öncə, 1998-ci ildə təqdim edilən "iMac" ilə qarşımıza çıxlb. Cobs "iMac təqdimatında etdiyi çıxışda hərfin böyük mənalarını belə izah etmişdi: "iMac" internetin həyəcanının "Macintosh"un sadəliyi ilə birləşməsindən yaranıb... Amma eyni zamanda onu fərdi, təlim, məlumatlandırma və ilham kimi şeylər üçün də möhtəşm etmək istəyirik".
Yəni bu "i" yalnız internet deyil, eyni zamanda:
* individual (fərdi)
* instruct (öyrətmək)
* inform (məlumatlandırmaq)
* inspire (ilham vermək)
* kəlimələrini də təmsil edirdi.
O il əslində internetin kütləvi şəkildə evlərə daxil olmağa başladığı bir dövr idi. "Apple" "i" hərfindən istifadə edərək məhsullarının internetə hazır olduğunu vurğulamaq istəyirdi. Buna görə də "iMac"dən sonra gələn "iPod", "iTunes", "iPhone", "iPad" kimi məhsullarda da eyni ön şəkilçi qəbul edilib. Bu sayədə "Apple" məhsulları, internetə inteqrasiya olunmuş, fərdə xas və öyrənməni/yaradıcılığı dəstəkləyən cihazlar kimi mövqeləndirilib.
"New York Post"un xəbərinə görə, "Comparitech" veri məxfilik mütəxəssisi Paul Bişof deyir: "Stib Cobs "i" hərfinin "internet, individual (fərdi), instruct (öyrətmək), inform (məlumatlandırmaq) və inspire (ilham vermək)" mənalarına gəldiyini demişdi. Bundan əlavə, bu hərfin şəxsi əvəzlik kimi işlədilən ‘I’ (mən) və təhsil məqsədli ‘instruction’ (təlimat/verilən təhsil) mənalarına da işarə etdiyini ima etdi".
Samir